Rusiya keçmiş Baş Nazirinin seks kaseti ölkəni qarışdırdı
25 Aprel 2016 12:40 DünyaRusiyanın keçmiş baş naziri 58 yaşlı Mixail Kasyanovun gizlin çəkilmiş seks kaseti ölkə gündəminə bomba kimi düşdü. Azinforum.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin ən böyük rəqiblərindən olan Kasyanov, görüntülərdə özü kimi müxalif olaraq tanınan 39 yaşlı Natalya Pelevine ilə görünür. Kremlə yaxın NTV televiziyası tərəfindən nümayiş olunan görüntülər, işin içində Putinin barmağı ola biləcəyi iddiasını gündəmə gətirdi. Kanal, Kasyanov və Pelevinenin üzlərinin açıq şəkildə bəlli olduğu kaseti 40 dəqiqəlik bir xəbərin içində dərc etdi. Gizli kameranı yataq otağına kimin yerləşdirdiyi sirrini qorusa da Putin əleyhinə bir müxalifət yaratmağa çalışan Kasyanovun NTV tərəfindən yayımlanan görüntüləri, Rus liderə rəqib çıxma ehtimalına mane olmaq məqsədli olduğu güman edilir. Kasyanov məsələ ilə bağlı açıqlama verməzkən, Pelevine kanalı məhkəməyə verəcəyini bildirib.