Hər üç ildə bir ölülərini qəbirdən çıxardıb …! +18

İndoneziyanın Cənubi Sulavesi Bölgəsində "Manene" olaraq adlandırılan ritual, insanı dəhşətə gətirir. Bölgədə yaşayanlar, hər üç ildə bir ölülərinə olan hörmətlərini göstərmək və onları şərəfləndirmək üçün məzarları açırlar. Açılan məzarlardan çıxarılan ölülərin üzərlərindəki geyimlər təmizlənir, lazım olsa yeniləri geydirilir. Ailə üzvləri, ölmüş qohumlarının məzarlarını tək - tək açıb, cəsədləri  çıxarırlar. Sonrasında da, ölülərini yeni geyimləri ilə birlikdə qəsəbənin ətrafında "gəzdirilir". Yerli xalq, ölülərinin hələ özləri ilə birlikdə olduğuna inanır. Ölümlərindən sonra yaxşı qorunan cəsədlər məzarlarından çıxarılıb, geyimlər dəyişdirildikdən sonra qəsəbəni gəzir və sonrasında təkrar məzarlarına dönürlər. Bu ayinlərin fotoşəkilləri isə insanı dəhşətə salır.

Strategiya.az həmin fotoları sizə təqdim edir

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00