"Gözəlçə" ailəsini xilas etmək üçün 4-cü dəfə hamilə qaldı
24 Aprel 2016 10:57 DünyaMəşhur amerikalı aktrisa Culiya Roberts dördüncü dəfə ana olacaq. ANS PRESS-in məlumatına görə, aktrisa ailəsini dağılmaqdan xilas etmək üçün hamilə qalıb. Bu barədə onun ailəsinə yaxın olan mənbə məlumat yayıb.
"Culiya Roberts hamilədir. Bu, aktrisa üçün də gözlənilməz olub. O inanmırdı ki, 48 yaşında hamilə qala bilər. Amma Culiya övladını dünyaya gətirəcək. O, bu xəbərdən sonra həyat yoldaşı Denni Moder ilə pozulan münasibətlərinin tənzimlənəcəyini düşünür. Hamiləlik xəbəri cütlüyün bir-birinə qarşı hisslərini yenidən alovlandıracaq".
Məlumata görə, Culiya Roberts son zamanlar çox emossional olub. O, dəfələrlə səbəbsiz yerə əsəbləşib özündən çıxıb. Bu halın isə hamiləliyi ilə bağlı olduğu bildirilir.
1967-ci ildə anadan olan Culiya Roberts 1990-cı illərdə tanınmağa başlayıb. Bu məşhurluq isə ancaq onun yaradıcılığı ilə deyil, həm də qalmaqallı şəxsi həyatı ilə bağlı olub.
Aktrisanın eşq həyatı yaşadığı məşhurlar arasında Kifer Sazerlend, Metyu Perri, Liam Nison, Daniel Dey-Lyuis və Benjamin Brettinin adlarını çəkmək olar. C. Robertsin birinci nikahı aktyor və müğənni Layl Lovetti ilə olub. 1993-cü ildə bağlanan nikah 2 ildən az sürüb.
Culiya 4 iyul 2002-ci ildə kinooperator Deniel Moder ilə ailə qurub. 2004-cü ildə cütlüyün əkizləri - Hezel Patrişa və Finneas Uolter doğulub. 3 ildən sonra onların üçüncü övladı - oğlu Henri Daniel Moderi dünyaya gəlib. Bununla da Culiya Hollivudun çoxuşaqlı anaları sırasına daxil olub.
Aktrisa bir çox filmdə rol alsa da məşhurluq gətirən "Polad maqnoliya" (Steel Magnolias) filmindəki rolu olub. Bu rola görə aktrisa "Qızıl qlobus" mükafatını qazanıb və "İkinci planda ən yaxşı aktrisa" kateqoriyasına görə "Oskar" mükafatına layiq görülüb.
1990-cı ilin 23 martında ekranlara çıxan "Gözəlçə" Robertsə "Ən yaxşı aktrisa" kimi növbəti "Oskar" qazandırıb.