Meymun tanınmış biznesmenin həyatına son qoydu

Çində qəribə olay

Çinli biznesmen, nəhəng "Guan Sheng Yuan" kompaniyasının keçmiş rəhbəri Venq Mao Yuntay dağında gəzintidə həlak olub.  Çinin "CCTV News" telekanalı  xəbər verir ki, onun ölümünə səbəb meymun tərəfindən atılan daş olub. Belə ki, vəhşi meymun ağacdan biznesmenə daş atarkən, daş düz onun başına dəyib və Venq Mao dərhal xəstəxanaya çatdırılsa da, 67-yaşlı biznesmenin həyatını xilas etmək mümkün olmayıb. Hal hazırda həmən ərazi gəzinti üçün bağlı elan edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00