Arılar qızıl mağazasına doluşdu VIDEO

Müştərilər qaçmağa yer axtardı

Fransanın Monpelye şəhərində  zərgərlik mağazalarının birində qəribə hadisə baş verib. Sürpriz şəkildə minlərlə arının içəri hücum çəkməsi ilə birgə mağazada adam qalmayıb. Yerli medianın məlumatına görə, mağazaya 15 mindən çox arı daxil olub. İnsanları sancdığından  müştərilər və satıcılar bu həşəratları görən kimi mağazanı tərk edib. Pəncərələri və qızıl zinət əşyalarının üstünü örtən arıları sakinlər kənardan maraqla izləyib. Mağaza rəhbərliyi dərhal əlaqədar qurumlardan yardım istəyib. Əraziyə gələn mütəxəssislər  zinət əşyalarının satıldığı mərkəzi arılardan təmizləmək üçün saatlarla dəridən qabıqdan çıxıb. Bildirilir ki, arıların ilin bu fəslində kütləvi  şəkildə istilası təbii haldır. Məhz bu aylarda pətəkləri tərk edən həşəratlar özləri üçün mümkün məskən axtarışına çıxır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00