Tənhalıq öldürür VIDEO

Yalnızlıq siqaret qədər zərərlidir

Tənhalıq erkən ölümə səbəb olurmuş. İngiltərənin York Universitetinin mütəxəssisləri 180 min adam üzərində apardıqları araşdırmalardan sonra bu cür qənaətə gəliblər. Mütəxəssislərin sözlərinə görə, tək başına qalmaq, yalnız həyat sürmək sağlamlıq üçün çox zərərlidir. Həm də ən azı siqaret qədər... Bu cür insanlar demək olar ki, günün yarısını stress, qəm qüssə içində olur, daim problemlər haqqında düşünürlər. Bu da onların ürək xəstəliklərinə tutulma, eləcə də infarkt olma ehtimalının, qohum-əqrəba, dostlar-tanış arasında vaxt keçirən insanlardan 2-3 dəfə çox olmasına gətirib çıxarır. Elə bütün bunları nəzərə alınaraq mütəxəssislər insanlara sosyallaşmağı məsləhət görürlər.

Qeyd edək ki, dünya ölkələrində aparılan müxtəlif araşdırmalar zamanı o da məlum olub ki, son 50 ildə dünyada, xüsusilə də inkişaf etmiş qərb ölkələrində tək yaşayanların sayı sürətlə artıb. Təəssüfləndirici hal budur ki, bu tendensiya artıq yaşlı insanlar arasında deyil, gənclər arasında müşahidə edilir. Halbuki əvvəllər daha çox 65 yaşdan yuxarı insanlar təbii şəraitin doğurduğu amillər üzündən tək yaşamağa məcbur olurdular.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00