Zaxarova: Rusiya-Türkiyə münasibətlər bərpa edilə bilməz
22 Aprel 2016 16:38 DünyaRusiya və Türkiyə arasında rəsmi səviyyədə münasibətlər bərpa edilə bilməz. TASS xəbər verir ki, bu barədə mətbuat konfransında Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Zaxarova qeyd edib ki, eyni zamanda Rusiya tərəfindən türk xalqına və türk biznesinə qarşı heç bir əks-fəaliyyət olmayıb və ola da bilməz. "Türk rəsmilərinə gəldikdə isə, perspektiv yoxdur. Onlar elədiklərini etdilər. Biz indi anlayırıq ki, bu, onların düşünülmüş seçimi idi" , - o vurğulayıb. "Beynəlxalq münasibətlərdə onların (Türkiyə hakimiyyətinin) qurduğu "kartlar evi" dağılmağa başlayıb", - Zaxarova bildirib. "Xalqlar, ölkələr arasında münasibətlər nöqteyi-nəzərindən - əlbəttə ki, münasibətlər inkişaf edəcək. Türk xalqına, türk biznesinə, iqtisadi mühit nümayəndələrinə qarşı heç bir əks-fəaliyyət, heç bir kampaniya yoxdur və ola da bilməz", - Rusiya XİN-in rəsmisi vurğulayıb.