Qasırğa məktəblilərə "hücum etdi" - 11 nəfər xəsarət aldı

Çində meydana gələn qeyri-adi qasırğa məktəblilərə çətin anlar yaşadıb. Xarici mediaya bildirir ki, tədbirlərdən biri zamanı qəfl ortalığa çıxan tornado həcmi etibariylə kiçik olsa da məktəb uşaqları üçün ciddi təhlükə daşıyıb.O məktəblilərdən bir neçəsini havaya qaldırdıqdan sonra yerə çırpıb. Nəticədə onlardan bir neçəsi ciddi sınıq xəsarətləri alıblar. Qasırğanın uşaqları havaya qaldırmaması üçün müəllimlər məktəbliləri bir araya toplayaraq onları bir-birlərindən tutmağa mağırıb. Bütün bunlara baxmayaraq tornado 11 məktəbliyə xəsarət yetirib. Yaralılar dərhal xəstəxanalara aparılıblar. Onların vəziyyəti normal qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00