Ermənilər Qarqar çayı ilə yaşayış mənətəqlərinə mina axıdır, artıq 5 mina zərərsizləşdirilib
22 Aprel 2016 15:25 DünyaAğdamın Əfətli kəndində aşkarlanan piyada əleyhinə minaların Ermənistan istehsalı olduğu məlum olub. Bu barədə APA-nın Qarabağ bürosuna ANAMA-nın region üzrə supervayzeri Xaliq Zülfüqarov bildirib.
O qeyd edib ki, ermənilərin Qarqar çayı vasitəsilə axıtdığı minalar otlaq sahələrinə yayılıb: "Tapılan minalar Rusiya istehsalı olan "PM" piyada əleyhinə minaların oxşarıdır. Ermənistan istehsalıdır, partlayış dalaqlı minalardır. Bu minalar ən zəif təzyiqdən belə partlaya bilir. Qarqar çayı boyunca bütün yaşayış məntəqələrinin sakinlərinə məlumat verilib. Ilkin olaraq 5 mina aşkarlamışıq. Yerli sakinlərin məlumatı əsasında hadisə yerinə gələn mütəxəssislərimiz minaları yerindəcə zərərsizləşdirib. Axtarışlarımız davam edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00