Məşhur müğənni sevgilisi üçün 1,7 milyonluq üzük aldı

Rusiyalı müğənni Nikolay Baskov milyarder Mixail Rudyakın xatirəsinə həsr olunmuş xeyriyyə gecəsində ən bahalı lot alıb. Publika.az xəbər verir ki, 39 yaşlı müğənni 1,7 milyon rubl dəyərində ağ qızıldan hazırlanmış, iri brilyant və sapfir qaşlı üzüyü sevgilisi üçün alıb. Üzük italyan zərgərlik brendi "Rodery"yə aiddir. Xeyriyyə gecəsində toplanmış bütün məbləğ Kaluqa vilayətindəki uşaq evinin tikintisinə, eləcə də reabilitasiya mərkəzinin nəzdindəki uşaqlar üçün idman meydançalarının tikilməsinə xərclənəcək.

Qeyd edək ki, Mixail Rudyak fondunu indi onun xanımı Marqarita idarə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00