Rusiya erməni hərbçiləri aparır

Bu gün İrəvanda erməni həmkarı Edvard Nalbandyanla danışıqların yekunu olaraq mətbuat konfransı keçirən Rusiya xarici işlər naziri Sergey Lavrov önəmli açıqlamalar verib.  Modern.az bildirir ki, Lavov Ermənistan-Rusiya humanitar reaksiya mərkəzinin minaaxtaranlarının Suriyanın Palmira şəhərindəki işlərə cəlb oluna biləcəyini deyib.

"Yaxınlarda ortaq humanitar mərkəzimiz açıldı və biz buradakı erməni minaaxtaranların Suriyanın Palmira şəhərindəki əməliyyatlara cəlb olunmasını müzakirə etmişik". 

Rusiyalı nazir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Ermənistanın sədrlik edəcəyini də xatırladaraq, rəsmi İrəvana hər cür dəstək olduqlarını deyib.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00