Erməni dilində mahnı oxuyan ukraynalı qrupun Bakı konserti LƏĞV EDİLDİ VIDEO

Ukraynanın məşhur Potap və Nastya Kamenskix qrupunun ölkəmizdə  aprelin 23-də gözlənilən konserti baş tutmayacaq. Anspress bildirir ki, konsertin çox xüsusi olacağı və bu məşhur qrupun 2 saatlıq şou ilə bütün tamaşaçıları coşduracağı vəd olunurdu.

Sabah baş tutacaq konserti mediada ukraynalıların partlayışı adlandırdıqlarına görə biz də bu konsertdə nələrin baş verəcəyini öyrənmək istədik. Əslində, bir neçə sual var ki, bizi maraqlandırırdı. Məsələn, bildiyiniz kimi, ukraynalı qrup səfər etdiyi ölkələrdə onların dilində mahnı ifa edir. Buna Potap və Nastya Komenskixin Ermənistana səfəri zamanı şahid olmuşuq. Onlar erməni dilində bir çox mahnılar ifa ediblər, həmin görüntülər də YouTube video portalına yüklənib. Əgər qrup ölkəmizə səfər etsəydi, onlardan öz dilimizdə mahnı eşitmək istəyərdik.

Son zamanlar Azərbaycan-Ermənistan cəbhə bölgəsində baş verən  hadisələrdən sonra məşhur ukraynalı qrupun ölkəmizə hansı repertuarla gəlməsi kifayət qədər maraqlı məqamlardan biridir.

Suallarımız bol olduğu üçün konsertin Bakıdakı təşkilatçıları ilə əlaqə saxladıq. Uzun müddət təşkilatçıya  edilən zənglərə cavab verilmədikdən sonra konsertin keçiriləcəyi məkanla əlaqə saxladıq. Onlar da konsertin keçirilməyəcəyi xəbərini bizə verdilər. Hətta dəfələrlə biz təşkilatçıdan konsertin biletləri haqqında məlumat almaq istədik, amma mümkün olmadı. Onlar bütün yazdıqlarımızı cavablandırmadılar. Bununla da məşhur qrup onlara sual vermədən bütün cavabları özü verdi. Bakıya gəlməməklə.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00