2015-ci ildə məxfi məlumatların itkisi üzrə 1500-dən çox fakt qeydə alınıb

"InfoWatch" şirkətinin analitik mərkəzinin məlumatına görə, 2015-ci ildə məxfi məlumatların itkisi üzrə 1505 fakt qeydə alınıb ki, bu da ötən illə müqayisədə 7.8% yüksək göstəricidir. 2015-ci ildə işçi heyətin ehtiyatsızlığı və xarici kiberhücumlar məlumatların itkisinə əsas səbəb kimi göstərilib. Analitiklərin məlumatına əsasən, xarici hücumlar səbəbindən qeydə alınmış məlumatların itkisi üzrə pay 2014-cü illə müqayisədə 7.2% artaraq 32.2% təşkil edib. "ICTnews" Elektron Xəbər Xidməti "cnews.ru" saytına istinadən yazır ki, xarici hücumlar səbəbindən qeydə alınmış məlumatların itkisi ələ keçirilmiş məlumatların böyük həcmi ilə səciyyələnir. 2015-ci ildə bir "xarici" hücum səbəbindən məlumatların itkisi üzrə 1.26 milyon oğurlanmış fərdi məlumat qeydə alınıb, halbuki daxili səbəb üzrə göstərici təxminən 0.34 milyon fərdi məlumat yazısına bərabərdir. 2015-ci ildə daxili səbəblər üzündən məlumatların itkisi üzrə 51.2% halda günahkar şirkətin indiki və ya keçmiş əməkdaşları olub. 90.8% halda fərdi və ödəniş məlumatları ələ keçirilib. Baxılan dövrdə 965.9 milyondan çox məlumat oğurlanıb. Həmçinin dövlət sirrindən ibarət informasiya itkisi üzrə cüzi artım qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00