Suriyada iki erməni öldürüldü

Suriyanın Kamışlı bölgəsində terrorçular və özünü müdafiə dəstələrinin döyüşləri zamanı iki erməni öldürülüb. Azvision.az bildirir ki, bu barədə Suriyada nəşr olunan erməni qəzeti `Qandzasar` yazıb. Məlumata əsasən ölən şəxslər Kamışlı sakinləri - Tovmas Minasyan və Akop Manukunyandır. Kamışlının yaşayış məntəqələrinin raket atəşinə tutulması nəticəsində xeyli sayda insan ölüb və yaralanıb. Nəşr yazır ki, Suriyada vətəndaş müharibəsi başlayana qədər bu ölkədə 60-70 min erməni yaşayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00