Günayın keçmiş əri göz yaşlarına boğuldu
22 Aprel 2016 19:04 DünyaAzərbaycanlı model Günay Musayevanın keçmiş həyat yoldaşı, aktyor Tolqa Karel kameralar önündə göz yaşlarına boğulub. Publika.az xəbər verir ki, buna aktyorun amerikalı sevgilisi Sarah Skotti ilə toy xəyallarının baş tutmaması səbəb olub. Seriallardan birində çəkilən, ancaq qonorarını ala bilməyən aktyor "Mənim yaxın günlərdə toyum olacaq. Pulumu verməsələr, necə toy edəcəm?", deyib. Sərxoş olduğu nəzərdən yayınmayan Tolqa göz yaşlarını saxlaya bilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00