Müəllimin kompüterində pornoqrafik videolar tapıldı

Litvanın Lazdiyay şəhərində orta məktəb müəllimi iş kompüterində uşaq pornoqrafiyası saxlamaqda şübhəli bilinir. Lent.az bildirir ki, 64 yaşlı müəllim Yonas Malinauskasın kompüterində bəzi şübhəli faylların olması barədə şagirdlər xəbər veriblər. Bundan sonra yoxlama aparılıb və nəticədə kompüterin yaddaşında həm uşaq pornosuna dair videolar, həm də bu tip saytlara keçidlər aşkar olunub. Hazırda polis araşdırma aparır. Y. Malinauskas isə durumu belə izah edib: "Bazar günü mənim qonaqlarım vardı. Mümkündür ki, onlar hansısa saytlara daxil olublar. Mütəxəssislər dedilər ki, mənim ev kompüterim işdəki kompüterimlə sinxronlaşdırılıb. Ola bilsin ki, bu videolar bu səbəblə aşkarlanıb". Artıq müəllim təqaüdə getməklə bağlı ərizə yazıb. O, Litva Sosial Demokrat Partiyasının üzvüdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00