Çində neft məhsulları bazası partladı
22 Aprel 2016 12:33 DünyaÇinin Tszyansu əyalətində (Şərqi Çin) kimyəvi maddələr olan anbarda partlayış olub. Report bildirir ki, hadisə səhər saatlarında baş verib. Şahidlər bildirib ki, anbarın ərazisində kimyəvi maddələr olan 42 sistern var və onlardan birinin yanması partlayışla nəticələnib. Sisternlərdə neft məhsulu saxlanılır. Hadisənin baş vermə səbəbi araşdırılır. Xəsarətlə bağlı informasiya yayılmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00