Türkiyədə növbəti partlayış: yaralılar var
22 Aprel 2016 12:19 DünyaPKK terror təşkilatının üzvləri Türkiyənin Tunceli vilayətində növbəti terror aktı törədiblər. "Sabah" qəzeti xəbər verir ki, terrorçular yol kənarına yerləşdirdikləri minanı hərbi texnika keçdiyi zaman partladıblar. Partlayış Tunceli - Elazığ magistral yolunun 25 kilometrliyində baş verib. İlkin məlumata görə, yaralılar var.
Partlayışdan sonra hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşınları cəlb edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00