Qadın 30 saniyədə 3,4 milyon dollar qazandı

Çinin ən məşhur videobloqeri Papi Cianq hazırladığı 30 saniyəlik reklam çarxını 3,4 milyon dollara satıb. Lent.az bildirir ki, Çində gözəllik və kosmetika mövzularına diqqətini cəmləşdirən xanım bloqerlərdən fərqli olaraq, Papi Cianq gündəlik həyat, sosial məsələlər və insani münasibətlər mövzularında yumoristik videoları ilə tanınır. O, tez-tez senzuradan kənar ifadələr də işlədir və bu, hətta Çin hökumətinin etirazına səbəb olub. Hakimiyyət orqanları "təmiz və sağlam kiber məkan" anlayışına zidd hərəkət etdiyini bildirərək onu səhifələrini bağlamaqla hədələyiblər.   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00