Rusiya və Ermənistan xarici işlər nazirləri Yerevanda danışıqlar aparır
22 Aprel 2016 11:57 DünyaRusiyanın xarici işlər naziri Sergey Lavrov bu dəqiqələrdə ermənistanlı həmkarı Edvard Nalbadyanla danışıqlara başlayıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, görüş məhdud tərkibdə keçirilir, sonra isə onlara nümayəndə heyətləri qoşulacaqlar. Rusiya XİN rəhbəri bu gün Ermənistan Serj Sarkisyanla da görüşəcək. Yerevana səfərin əsas məqsədlərindən biri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00