FHN təyyarəsi Türkmənistan sahillərində tapılmış meyitin gətirilməsi üçün istintaq qrupu ilə yola düşüb
22 Aprel 2016 11:44 DünyaFövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi tapılmış meyitin gətirilməsi üçün Türkmənistana yola düşüb. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, aprelin 18-də Xəzər dənizinin Türkmənistan sahillərində meyiti tapılıb. Meyiti tapılmış şəxsin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir. Bununla əlaqədar, meyitin tanınması və Vətənə gətirilməsi üçün bu gün FHN-in "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00