Maykl Ceksondan sonra planetin ən populyar ifaçısı vəfat etdi VIDEO

Prinsin ölüm səbəbi məlum deyil

Amerika pop-musiqisinin banilərindən biri hesab olunan əfsanəvi müğənni Prins 57 yaşında dünyasını dəyişib. ANnspress-in məlumatına görə, ifaçı Minnesota ştatının Minneapolis şəhərindəki evində ölü tapılıb. Müğənninin ölüm səbəbi məlum deyil. Məlumdur ki, bir neçə gün əvvəl onun pilotu Atlantadan uçan zaman təcili olaraq İllinoys ştatında eniş edib. İfaçı ağır qrip keçirdiyindən xəstəxanaya yerləşdirilib. Məlumata görə, sonuncu dəfə o Minnesotada səhnəyə çıxıb. Lakin ifa etməyib. O, pərəstişkarlarından səhhəti haqqında narahat olmamalarını xahiş edib. Artistin ölüm xəbəri qısa müddət ərzində internetdə yayılıb. Sosial şəbəkədə dünya şöhrətli şou-biznes nümayəndələri Prinsin ölümü ilə bağlı başsağlığı veriblər. "Dünya o qədər sənin kimi xüsusiləri itirib ki... Qəbrin nurla dolsun, Prins! Bizə bu qədər bəxş etdiklərin üçün təşəkkür edirik",  - deyə müğənni Keti Perri "Twitter" hesabında yazıb. 

Prins karyerası ərzində dünya üzrə 100 milyondan çox albom satıb. Yeddi dəfə"Qremmi" mükafatına və "Purple Rain" filmindəki mahnısına görə "Ən yaxşı bəstə" nominasiyası üzrə Oskara layiq görülüb. İfaçının əsl adı Prins Rocer Nelsondur. O, afro-amerikalı ailəsində böyüyüb. İfaçı Maykl Ceksondan sonra planetin ən populyar müğənnisi hesab olunurdu. 

Prins - "Purple Rain"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00