Zika virusu ilə bağlı yeni məlumatlar

2 milyondan çox insanın Zika virusunun yayıla biləcəyi bölgələrdə yaşadığı qeyd edilib. "eLife" jurnalında yazılan məqalədə hamilə qadınların yoluxması nəticəsində uşaqların baş deformasiya ilə doğulmasına yol aça bilən virusun təsirli olduğu və yayıldığı yerlər xəritələrdə göstərilib.  Aedes ağcaqanadlarının yaydığı virus Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təcili vəziyyətin elan edilməsinə səbəb olub. Keçən həftə ABŞ-ın yayılan xəstəlikləri idarəetmə və qarşısını alma idarəsi Zika virusunun cinsi yolla da keçə biləcəyini açıqlayıb. Nəticəyə görə ümumilikdə 2,2 milyon insanın Zika virusuna yoluxma riski var. Cənubi Amerika ölkələri virusun ən çox yayıldığı yerlərdir.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00