Ankarada terrorçu-kamikadze tutuldu
22 Aprel 2016 06:42 DünyaAnkarada terrorçu-kamikadze olduğu ehtimal edilən şəxs saxlanılıb.
APA-nın verdiyi xəbərə görə, polis əməkdaşları Suriya ilə həmsərhəd Hatay əyalətindən gələn sərnişin avtobusunu yoxlayarkən sərnişinlər arasında İstanbul məhkəməsinin qərarı ilə axtarışda olan şəxsi aşkar ediblər.
Saxlanılan şəxsin 26 yaşlı Qars sakini olduğu bildirilir. Onun "Əl Qaidə" terror təşkilatının üzvü olduğu və qruplaşma tərəfindən kamikadze qismində terror aktı törətməyə hazırlandığı qeyd olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00