Baş nazir: Gürcüstan axısqa türklərinə qarşı öhdəliklərini yerinə yetirib
21 Aprel 2016 16:12 DünyaGürcüstan axısqa türklərinə qarşı öhdəliklərini yerinə yetirib. Trend-in məlumatına görə, bunu Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) plenar iclasında çıxış edən Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili deyib. Onun sözlərinə görə, repatriasiya haqqında qanuna görə təqribən 5500 axısqa türkü Gürcüstana qayıdıb. Bu, Azərbaycan vətəndaşlarına da aiddir: "Bizdə ölkəyə qayıdanlara Gürcüstan vətəndaşlığının verilməsi haqqında qanun var və bu proses davam edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00