Ukrayna ilə Rumıniya NATO rəhbərliyi altında Qara dənizdə donanma yarada bilər

Ukrayna ilə Rumıniya NATO rəhbərliyi altında Qara dənizdə hərbi donanmasının yaradılması imkanlarını nəzərdən keçirir. APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu Buxarestdə Ukrayna prezidenti Pyotr Poroşenko rumıniyalı həmkarı Klaus Yohannislə birgə keçirdiyi brifinqdə bəyan edib. O bildirib ki, məqsəd Qara dənizdə NATO mövcudluğunun gücləndirilməsi və təhlükəsizliyin möhkəmləndirilməsidir. Poroşenkonun sözlərinə görə, alyans bu təşəbbüsü təsdiqlədikdən sonra Ukrayna ona məmnuniyyətlə qoşulacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00