Dünyanın ən gözəl qadını o seçildi Dünyanın ən gözəl qadını o seçildi
21 Aprel 2016 19:29 Dünya"People" jurnalı dünyanın ən gözəl qadınının adını açıqlayıb. Axşam.az-ın məlumatına görə, bu, Hollivud ulduzu Cennifer Enistondur. 47 yaşlı aktrisa Keri Andervud, Kristina Milian, Riz Uizerspun, Sofiya Verqara, Keke Palmer və Selena Qomes kimi məşhurların reytinq cədvəlində birinci olub.
Qaliblərin tam siyahısı bir həftə sonra jurnal tərəfindən dərc olunacaq. Xatırladaq ki, Cennifer Eniston 12 il əvvəl də "People" jurnalı tərəfindən dünyanın ən gözəl qadını seçilmişdi. Ötən il isə bu pillədə Sandra Ballok qərarlaşmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00