Rusiya raket üçün yeni başlığı sınaqdan keçirdi
21 Aprel 2016 14:20 DünyaRusiyada mövcud və perspektivli qitələrarası ballistik raketlərin təchizatı üçün təyin edilmiş hipersəsli uçan aparatın prototipinin uğurlu sınaqları keçirilib. Oxu.az bildirir ki, bu barədə "İnterfaks"a vəziyyətlə tanış olan mənbə deyib.
"Çərşənbə axşamı Orenburq vilayətinin mövqe rayonundan perspektivli hərbi təchizatın - hipersəsli uçan aparatın sınaq məqsədi ilə RS-18 qitələrarası ballistik raketin buraxılışı həyata keçirilib", - agentliyin həmsöhbəti bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00