Ermənilərin növbəti hiyləsi

Erməni diplomatiyası İsraili öz tərəfinə çəkmək üçün yeni hiyləyə əl atıb. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Elxan Şahinoğlu deyib ki, İsrail vaxtilə Suriyaya məxsus Holand təpələrini ələ keçirib və geri qaytarmaq istəmir: "İsrail hökumətinin əsaslandırması odur ki, Holand təpələri tarixən İsrailə məxsus olub və bu ərazini Suriyaya nə vaxtsa təhvil versə İsrailin ərazisi yenə hücuma məruz qala bilər. Erməni diplomatiyası bundan çıxış edərək israilli diplomatlara çağırış edərək yazır ki, bəs əgər Siz holand təpələrindən haqlı olaraq bufer zonası kimi istifadə edirsinizsə, biz də Dağlıq Qarabağ ətrafındakı rayonları işğal altında saxlamaqla eyni məntiqdən çıxış edirik. Birincisi, İsrail Suriyanın Holand təpələrini işğal altında saxlayırsa, Ermənistan "büfer" adlandırdığı zonada 7 rayonu işğal edib və bunlar arasında fərq böyükdür. İkincisi, nə Ermənistan İsraildir, nə də Azərbaycan Suriya. Dəməşq indi
o halda deyil ki, Holand təpələrini geri qaytarmaq barədə düşünsün, ölkə bir neçə yerə bölünüb, terror tüğyan edir. Buna görə də İsrail Holand təpələrindən hələ ki, narahat deyil. Suriyadan fərqli olaraq Azərbaycan "bufer zonasını" geri qaytarmaq üçün fəaliyyətə başlayıb və bu işdə Holand təpələrini nəzarətdə saxlayan İsraildən istədiyi dəstəyi alır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00