Niderlandda gənc türk qəhraman elan edildi
21 Aprel 2016 13:00 DünyaNiderlandda Neymengen şəhərində bir neçə gün əvvəl gənc bir qadın özünü qatarın altına ataraq intihar etməyə cəhd edib. "Olaylar"ın Türkiyə bürosu xəbər verir ki, hadisəyə şahid olan türk gənc Kamal Abış tez özünü relslərin üzərinə atarq qatarın yaxınlaşmasına 1-2 metr qalmış qadını dəmir yolundan çəkib. Olay yerinə gələn polis qadını şöbəyə aparıb. Gənc isə olay yerindən surətlə uzaqlaşıb. Bələdiyyə və polis bir neçə gün axtarışdan sonra Kamalı tapıb. Olay Niderlandda geniş şəkildə əks səda yaradıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00