Türkiyənin Van vilayətində Erciş qəsəbəsi yaxınlığında polis yük avtomobilinə yerləşdirlimiş 3.5 ton ağırlığında partlayıcı qurğu tapıb. "Olaylar"ın Türkiyə birosu xəbər verir ki, bomba yüklü avtomaşın uzaq dağlıq əraziyə çəkilərək zərərsizləşdirilib. Beləliklə böyük bir fəlakətin qarşısı alınıb. Olayla əlaqədar təhqiqat başladılıb, saxlananlar var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00