İŞİD-in yeni vəhşliyi: 250 xanım edam olundu - FOTO
21 Aprel 2016 11:04 Dünya"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı Mosulda "hərəm" və "kəniz" olmaq istəməyən 250 qızla qadını edam edib.Milli.Az Al Jazeera-ya istinadən bildirir ki ki, İŞİD ələ keçirdiyi bütün ərazilərin qadınları ilə bağlı "cihad əl nikah" elan edib: həmin "cihad"a görə, həmin ərazilərdə bütün qızlarla qadınlar avtomatik olaraq İŞİD terrorçularının hərəmləri və kənizləri elan olunur.Mosulda isə 250 qız və qadın terrorçuların seks köləsi olmaqdan imtina etdikləri üçün edam olunub. Mosullu məmur Səid Məmuzinin dediyinə görə, İŞİD-in edam etdiyi bu 250 xanım arasında yetkinlik yaşına çatmamış 184 qız var."Terrorçular bu qızları edam edəndən sonra onların ailə üzvlərinin hamısını öldürüblər", - Məmuzini deyib.İŞİD Mosulu 2014-cu ilin iyununda ələ keçirib və o vaxtdan bəri şəhər terrorçuların nəzarətindədir.