Avropa Birliyi Türkiyə ilə bağlı qərarını mayın 4-də verəcək

Avropa Birliyi Türkiyənin Avropaya vizasız səyahətlə bağlı müraciətinə mayın 4-də baxacaq.

"Qafqazinfo"nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, rəsmi Ankaranın viza ilə bağlı lazımi şərtlərə əməl edib-etmədiyi yoxlanıldıqdan sonra veriləcək qərar Avropa Parlamentində müzakirə olunacaq.

Qərar qəbul olunduqdan sonra cari ilin iyunundan etibarən keçərli olacaq. Vizasız Avropaya gedən vətəndaşlar maksimum 3 ay orada qla biləcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00