Almaniya XİN: Status-kvonun saxlanılması Dağlıq Qarabağda vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər
21 Aprel 2016 06:28 DünyaBu gün Almaniyanın XİN başçısı Frank-Valter Ştaynmayer ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb.
Trend xəbər verir ki, bu barədə Almaniya XİN-in məlumatında deyilir.
Məlumata əsasən, göruş zamanı Dağlıq Qarabağda atəşkəsin və siyasi danışıqların bərpası əvəzolunmazdır.
Ştaynmayer bildirib ki, status-kvonun saxlanılması gələcək üçün heç bir zəmanət vermir və yenidən vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00