Davudoğlu azərbaycanlı uşaqların alnından öpdü
20 Aprel 2016 18:36 DünyaTürkiyə baş naziri Əhməd Davudoğlu 38-ci TRT Beynəlxalq Uşaq Şənliyində iştirak etmək üçün 20 ölkədən gələn uşaqlarla görüşüb. Türkiyə KİV-i xəbər verir ki, Çankaya köşkünə gələn uşaqlar arasında Gürcüstan, Qırğızıstan, Əfqanıstan, Banqladeş, Estoniya, İraq, Fələstin, Serbiya, Azərbaycan və digər ölkələrdən gələn 40 məktəbli olub. Baş nazir və həyat yoldaşı Sara Davudoğlu ölkələrinin milli geyimləri ilə şənliyə qatılan uşaqlarla tək-tək görüşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00