Stoltenberq: “Rusiya ilə münasibətlərin əvvəlki səviyyəyə qayıtması gözlənilmir”
20 Aprel 2016 18:34 DünyaNATO və Rusiya münasibətlərinin əvvəlki səviyyəyə qayıtması gözlənilmir. APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Rusiya-NATO Şurasının iclasından sonra deyib. O, Rusiya ilə siyasi dialoqun vacibliyinə də diqqət çəkib: "Avroatlantik məkanı bölüşən dövlətlər arasında siyasi dialoqun olması, əsasən də, hazırda yaşadığımız gərgin zamanlarda vacib və faydalıdır ".
Qeyd edək ki, Rusiya - NATO Şurası 2 illik fasilədən sonra ilk iclasını keçirib. Sonucu görüş 2014-cü il iyunun 2-də baş tutub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00