Dəhşətli külək - Şəhəri xaraba qoydu

Uruqvayda bir neçə gün bundan öncə baş vermiş dəhşətli qasırğanın görüntüləri yayımlanıb. ATV.az xarici mətbuata istinadən bildirir ki, internetdə yerləşdirilmiş video çarxı izlədikdən sonra təbii fəlakətin hansı səviyyədə olduğunu daha yaxşı anlayacaqsınız. Supermarketlərdən birinin təhlükəsizlik kameraları vasitəsiylə lentə alınan görüntülərdən də aydın olduğu kimi güclü küləkl xəbərdarlığı alan dükan sahibləri dərhal mağazanın qapılarını bağlayaraq təhlükəsiz yerə qaçmağa çalışırlar. Bir neçə dəqiqədən sonra baş verənləri isə sözlə ifadə etmək mümkün deyil. Bir neçə saniyə ərzində ətrafı xarabalığa çevirən güclü külək şəhərə ciddi ziyan vurub. Evlərin damları uçub, şüşələr qırılıb, işıq dirəkləri aşıb, bir sözlə ətraf tanınmaz hala düşüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00