ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanına səfər edib. Qafqazinfo bildirir ki, bu gün Obama kral Salman və onun vəliəhdi, şahzadə Məhəmmədlə görüşəcək. Cümə axşamı isə Obama Ər-Riyadda Fars körfəzi ərəb ölkələrinin 6 hökmdarı ilə görüş keçirəcək. ABŞ liderinin öz həmkarları ilə terrorla mübarizə və İranla münasibətlər barədə müzakirələr aparacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00