Şekspirin əsərləri ölümündən 400 il sonra - Hərraca çıxarıldı VIDEO

Dünyaca məşhur şair və dramaturq Villiam Şekspirin vəfatının 400 illiyi ərəfəsində onun ilk əsərlər toplumu hərraca çıxarılıb. "ATV Xəbər" bildirir ki, Kristi hərracı Şekspirə aid ilk 4 kitabını satışa çıxarmaqla, həm də dünyanın diqqətini dramaturqun həyat və yaradıcılığına yönəldib. Bu əsərlər ingilis dilində ən önəmli ədəbi nəşrlər hesab olunur.

İtmək təhlükəsi olan bəzi əsərlər bunlardır: "Makbet", "Fırtına", "12-ci gecə, Antoniy və Kleopatra" və s. 1623-cü ildə dərc olunmuş ilk toplumun 800 min - 1,2 milyon funt-sterlinq məbləğində satılacağı gözlənilir. 9 il sonra ərsəyə gələn ikinci əsərlər toplumunun hərracda 180 -250 min funt-sterlinqə aralığında satılacağı gözlənilir. 1664-cü ildə dərc olunan 3-cü folio isə hərraca 300-400 min funt sterlinq xeyir gətirəcək. Mütəxəssislər bildirir ki, əsərlərin hərraca çıxarılması 300 ildən çoxdur şəxsi əllərdə olan və dünya ictimaiyyətindən gizlədilən məşhur əsərlərin işıq üzü görməsi üçün yaxşı vasitədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00