Rusiyada onlarla azərbaycanlı saxta pasportla tutuldu

Norilskdə məhkəmə "Alıkel" hava limanında saxta sənədlərlə saxlanılan Azərbaycan vətəndaşları barəsində hökm çıxarıb. Rusiya KİV-ləri xəbər verir ki, ümumilikdə 24 nəfər saxlanılıb. Onlar beş ay ərzində Norilskə tək və ya kiçik qruplar şəklində gəliblər. Saxta sənəddən istifadəyə görə məhkəmə onlara külli miqdarda - 19 min rubldan 33 min rubla qədər pul cəzası kəsib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00