Məktəblərdə qucaqlaşmaq qadağan olundu
20 Aprel 2016 19:24 DünyaMəktəbli şagirdlər artıq görüş zamanı bir-birini qucaqlaya bilməz. ATV.az bildirir ki, nə qədər qəribə səslənsə də belə bir qadağa Avstraliyanın Cilonq şəhərində yerləşən məktəblərin birində tətbiq olunmağa başlanılıb. Məktəb direktorunun sözlərinə görə, qadağanın qəbul olunması üçün hər hansı xüsusi səbəb olmayıb. Sadəcə məktəblilərin bir-biri ilə qucaqlaşdığı zaman qarşılıqlı fiziki təmasın qarşısını almaq və onları ala biləcəkləri hər hansısa zədələrdən qorumaq üçün belə bir qadağa tətbiq olunmağa başlanılıb.Qadağa şagird və valideynlər tərəfindən heç də birmənalı qarşılanmasa da, məktəb rəsmiləri qərarın dəyişməyəcəyini bildiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00