Prezident Adiministrasiyası: Türkiyə 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi heç vaxt tanımayacaq

Türkiyə 1915-ci il hadisələrini "erməni soyqırımı" qismində heç vaxt tanımayacaq. Buna görə də Ankara Avropa Parlamentinin 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanımaq çağırışlarına heç bir əhəmiyyət vermir. Bunu Trend-ə Türkiyə Prezidenti Administrasiyasından deyiblər. Prezident Administrasiyasında hesab edirlər ki, Avropa Parlamentinin Türkiyəyə bu çağırışı təxribat xarakteri daşıyır. Prezident Administrasiyasından deyiblər: "Türkiyə dəfələrlə bəyan edib ki, 1915-ci il hadisələrinin araşdırılması üçün birgə komissiya yaratmağa hazırdır, amma Ermənistan tərəfi bu təklifə məhəl qoymur və bu təsdiq edir ki, 1915-ci ildə ermənilərə qarşı "soyqırım" törədilməsi ilə bağlı heç bir sübut yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00