Ohanyanın primitiv korrupsiya sxemi: Xocavənddə firma təsis edib, büdcəni talayıb...

Ermənistanda Müdafiə Nazirliyi ətrafında ciddi korrupsiya qalmaqalı yaranıb. Virtualaz.org xəbər verir ki, "Transparensy İnternational" beynəlxalq şəffaflıq təşkilatının erməni ofisi Müdafiə Nazirliyinin yüksək rəhbərliyinin büdcədən ayrılan vəsaitləri taladıqlarını üzə çıxarıb. Təşkilatın eksertləri müəyyən ediblər ki, bir müddət əvvəl nazirliyin rəhbərliyi ilə "Avanqard" adlı firma arasında müqavilə bağlanıb. Müqaviləyə əsasən həmin firma Müdafiə Nazirliyinə 11 adda xidmət göstərməliydi. Bura kazarmaların təmizlənməsi, ərzaq malları ilə təchizat, gigeyenik və digər təmizləyici maddələrin alınması, tikinti materialları ilə təchizat, elektro-radio cihazlarının alınması, avtomobil texnikası və ehtiyat hissələri ilə təchizat daxildir. Lakin araşdırmalar göstərib ki, "Avanqard" firması rəsmən cəmi iki xidmət üzrə müqaviləyə malik olub-təmizlik işləri və hərbi hissələrin çörəklə təchizatı. Qalan 9 xidmət isə nazirliklə bağlanan müqavilədə nəzərdə tutulmayıb, nəticədə qanunsuz xarakter daşıyıb. Müəyyən edilib ki, həmin firma avtomobil alqı-satqısı və radioelektronika cihazları üzrə lisenziyalara malik olmayıb. Buna baxmayaraq Müdafiə Nazirliyindən sifariş alıb. Əslində həmin firma malları başqa təchizatçıdan alıb və daha baha qiymətə Müdafiə Nazirliyinə sırıyıb. Habelə nazirliyin maliyyə sənədlərində göstərilən firmadan alınan malların qiymətinin şişirdildiyi də müəyyən edilib. Üstəlik üzə çıxıb ki, həmin firma Ermənistanda yox, Azərbaycanın işğal edilmiş ərazilərində-Xocavənddə qeydiyyatdan keçib. "Transparensy İnternational" habelə Ermənistan Müdafiə Nazirliyinə məxsus obyektlərin qanunsuz özəlləşdiirlməsi sxemlərinə dair materialları da yerli KİV-lərə ötürüb. İndi müdafiə naziri Seyran Ohanyan cəbhədə baş vermiş son dramatik hadisələrə, erməni ordusunun itirdiyi mövqelərə və verdiyi itkilərə görə onsuz da Müdafiə Nazirliyindən narazı olan ictimaiyyətə izahat verməli olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00