Hillari Klinton və Donald Tramp Nyu-Yorkda qalib elan ediliblər

ABŞ-da prezident postu uğrunda seçki qabağı kampaniyanın favoritləri sayılan demokrat Hillari Klinton və respublikaçı Donald Tramp ötən gün keçirilən və əhəmiyyətli sayılan mərhələdə inamla qalib gəliblər. Bu barədə Trend TASS-a istinadən xəbər verir. H.Klinton və D.Tramp Nyu-York ştatında əksər həmpartiyaçıların dəstəyinə nail olublar. TASS qeyd edir ki, D.Tramp Nyu-Yorku öz "kiçik vətəni" kimi hesab edir. H.Klinton isə 2001-2009-cu illər ərzində bu ştatı ABŞ Konqresinin senatında təmsil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00