Kıvanç: "Təriqətə qoşulduğumu deyirlər"
20 Aprel 2016 19:05 DünyaTürkiyəli aktyor Kıvanç Tatlıtuğ ötən gün restoranların birindən çıxarkən görüntülənib. "Hürriyet"in xəbərinə görə, o, çıxışda jurnalistlərin suallarını cavablandırıb. Aktyor ölkədən getməsi barədə yayılan xəbərlər barəsində danışıb: "Ailəlikcə Amerikaya köçdüyümüzü, təriqətə qoşulduğumu deyirlər. Belə bir şey yoxdur, bu xəbəri yayanları məhkəməyə verdik". K.Tatlıtuğ 50 min türk lirəsinə (26758.05 manat) alıb, 200 min lirəyə ( 107032.21 manat ) tüninq etdiyi avtomobili ilə məkanı tərk edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00