İŞİD türk tankını vurdu VIDEO

"İslam dövləti" terror qruplaşması internetdə "Kornet" tank əleyhinə raket ilə Türkiyənin Silahlı Qüvvələrinə məxsus M-60T tankının vurulmasının əks olunduğu videonu yayıb. Oxu.az bildirir ki, təpədə möhkəmləndirici mövqedə olan tank, qülləsindən vurulub. Tank və heyətin sonrakı taleyi məlum deyil. Cavab atəşi ilə 32 İŞİD terrorçusu məhv edilib. Türk ordusunun tank taboru hazırda İŞİD yaraqlıları ilə mübarizə məqsədilə İraqın Neynəva əyalətində yerləşdirilib.

 

İŞİD türk tankını vurdu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00