Prezident müavininin evi yaxınlığında partlayış törədildi
20 Aprel 2016 11:59 DünyaƏfqanıstan prezidentinin müavini, general Abdulrəşid Dostumun yaşadığı evin yaxınlığında partlayış törədilib. Report bildirir ki, bu haqda Əfqanıstan Müdafiə Nazirliyi və Təhlükəsizlik Xidməti məlumat yayıb. İnformasiyaya əsasən, partlayış nəticəsində xəsarət alan olmayıb. Xəbərdə bildirilib ki, ötən gecə ölkə paytaxtı Kabulun mərkəzində iki partlayış törədilib. Bundan başqa, Şerpur rayonundakı restoran yaxınlığında da partlayış olub. Bu, ötən gün səhər saatlarında törədilən partlayış gücündə olub. Xatırladaq ki, aprelin 19-da səhər saatlarında Kabulun mərkəzi rayonlarında törədilən partlayış nəticəsində 28 nəfər həlak olub, 327 nəfər isə yaralanıb. Bu hücumuun məsuliyyətini "Taliban" hərəkatı üzərinə götürüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00