Məşhur müğənninin papağı 90 minə satıldı

Ötən il rəhmətə gedən müğənni Kayahanın şəxsi əşyaları satılıb. Publika.az xəbər verir ki, "Əngəlsiz həyat dərnəyi"nin təşkil etdiyi "İlin ən yaxşıları" adlı mükafatlandırma mərasimində mərhum müğənninin papağı və mikrofonu auksiona çıxarılıb. "Yaşayarkən dəyərlərimizə sahib çıxaq" layihəsi çərçivəsində keçirilən auksion böyük maraq doğurub. Belə ki, Rafet El Roman, Çingiz Kurtoğlu və Polat Yağcı mərhum müğənninin əşyalarını almaq üçün mübarizə aparıb. Polat Yağcı 22 min türk lirəsinə papağı, Çingiz Kurtoğlu isə 45 min lirəyə mikrofonu alıb. Daha sonra həmin əşyaları yenidən dərnəyə bağışlayıblar. Əşyalar bu dəfə də 16 min lirəyə Hasan-Ayşəgül Pekər cütlüyünə satılıb. Beləliklə, gecədə ümumilikdə, 90 min lirə toplanılıb. Bu pul qanqren olduğu üçün ayağı 2013-cü ildə amputasiya edilən Yalçın Menteşə verilib.

Qeyd edək ki, gecədə Kayahanın həyat yoldaşı İpək Acar da iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00