Almaniya XİN rəhbəri ölkəsinin ATƏT sədri qismində prioritetlərini açıqlayıb
14 Yanvar 2016 17:24 DünyaATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Valter Frank Ştaynmayer ölkəsinin sədrlik dövründəki prioritetlərini açıqlayıb. APA-nın məlumatına görə, o, ATƏT Daimi Şurasında çıxış edərək iki gün öncə İstanbulda Sultanəhməd meydanında baş vermiş terror aktı nəticəsində almanlar da daxil olmaqla, çoxlu sayda ölən və yarananların olduğunu bildirib. V. Ştaynmayer terrorizmlə mübarizənin gücləndirilməsinin vacibliyini vurğulayıb. Tədbirdə həmçinin Ukraynanın xarici işlər naziri Pavlo Klimkin də iştirak edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00