Günayın keçmiş ərinin toy tarixi bəlli oldu
14 Yanvar 2016 18:16 DünyaAzərbaycanlı model Günay Musayevanın keçmiş həyat yoldaşı, aktyor Tolqa Karelin toy tarixi bəlli olub. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbulda xeyriyyə fondlarından birinin təşkil etdiyi mükafatlandırma gecəsinə qatılan aktyor ABŞ-lı sevgilisi Sarah Marqaret Skott ilə nikah tarixini jurnalistlərə xəbər verib: "Nəhayət ki, həqiqi sevgini tapdığıma inanıram. Mayın 11-də nişanlım Sarahla evlənəcəyəm. İstanbulda bir serialla 13 seriyalıq müqavilə bağladım. ABŞ-Türkiyə arasında gedib gələcəyəm".
Qeyd edək ki, Tolqa və Günayın evliliklərindən Cihangir adlı oğulları var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00